“Bu, bizə qarşı şantajdır” – Əsəd Qərbi hədələdi

“Bu, bizə qarşı şantajdır” – Əsəd Qərbi hədələdi
  05 Mart 2018    Oxunub:1909
Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, Qərb ölkələri Suriyada kimyəvi silahın tətbiq olunması mövzusundan hökumət qüvvələrinə aviazərbələr endirmək üçün istifadə edir.

AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Kimyəvi silah mövzusu Qərbin yalan lüğətinin əsas terminlərindən biri olub. Bu, sadəcə Suriya hökumət qüvvələrinə aviazərbələr endirmək üçün istifadə olunan şantajdır”, - deyə Əsəd vurğulayıb.

O, əlavə edib ki, Şərqi Qutada insanların əksəriyyəti terrorçuların olduğu ərazilərdən çıxmaq istədikləri üçün əməliyyat davam edəcək.

Əsəd daha əvvəl bəyan etmişdi ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya terrorçuları dəstəkləyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Suriya   Bəşər-Əsəd  





Xəbər lenti