ATƏT-in seçki missiyasının rəhbəri məlum oldu

ATƏT-in seçki missiyasının rəhbəri məlum oldu
  07 Mart 2018    Oxunub:1712
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək missiyasının rəhbəri məlum olub.
Qurumun yaydığı məlumata görə, missiyaya hollandiyalı xanım Koriyen Conker rəhbərlik edəcək.

Qeyd edilib ki, missiyanın başlaması ilə əlaqədar martın 9-da Bakıda mətbuat konfransı keçiriləcək.

AzVision.az


Teqlər: ATƏT   Seçki   Azərbaycan  



Xəbər lenti