İsmayıllı ilə İsrailin bu şəhəri qardaşlaşdı

İsmayıllı ilə İsrailin bu şəhəri qardaşlaşdı
  08 Mart 2018    Oxunub:1707
İsmayıllı şəhəri ilə İsrailin Kiriat Bialik şəhəri qardaşlaşıb.
İsrailin Azərbaycandakı səfirliyindən AzVision.az-a verilən məlumata əsasən, İsmayıllı şəhərinin İcra Hakimiyyəti Başçısı cənab Mirdaməd Sadiqov və Kiriat Bialik şəhərinin mer müavini cənab Nahum Rachevski bu gün qardaşlaşma barədə müqavilə imzalayıblar.

İmzalanma mərasimindən əvvəl cənab Sadıqov İsrail və Azərbaycan arasında əla münasibətlər, İsmayillıda multikulturalizm mühitindən və münasibətləri inkişaf etmək istəyindən danışdı. Kiriat Bialik şəhərinin icraçı meri cənab Azriel şəhərin inkişaf etməsində və əhalisinin sayının sürətlə artmasından bəhz etdi. O, şəhər rəhbərliyinin keyfiyyətli təhsilə verdiyi önəmdən danışdı. Səfir Stav qeyd etdi ki, Azərbaycanla möhtəşəm münasibətlər müdafiə sahəsində əməkdaşlıq, Yaxın Şərqdə radikalizmin yaratdığı təhlükənin anlamı, energetika və iqtisadiyyat sahəsində əməkdaşlıq və azərbaycanlılar və yəhudilər arasında uzun illərlə sürən xüsusi əlaqələrdən irəli gəlir. O vurğuladı ki, iki şəhərin insanları arasında münasibətlərin möhkəmlənməsində bu müqavilə böyük rol oynayır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İsrail   İsmayıllı  





Xəbər lenti