İqbal Ağazadə: `Milli Şuranın şansı məndən azdır`

İqbal Ağazadə: `Milli Şuranın şansı məndən azdır`
  03 Oktyabr 2013    Oxunub:1006
“Bu seçkidə Milli Şuranın şansı mənim şansımdan azdır”.
AzVision.az xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadə Amerikanın Səsi radiosunun Sərbəst Kürsüsündə dinləyicilərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, bunun səbəbi Milli Şuranın öz elektoratını, dairəsini olduqca kiçiltməsidir:

“Cəmil müəllimin şansı vardı ki, dairəni genişləndirsin. Amma o ənənəvi çevrəni də kiçiltdi. Biz isə əksinə, daha böyük açılım etdik, cəmiyyətin bütün təbəqələrinə mesaj verdik, cəmiyyətin siyasətə neytral qalan və seçicilərin əksəriyyətini təşkil edən hissəsinin də bizə xoş münasibətini qazana bildik. Əgər görsəydim ki, Milli Şuranın şansı mənim şansımdan daha artıqdır, 2003-cü ildə olduğu kimi, demokratikləşmə prosesi naminə şansın çox olduğu yerdə dayanardım”

AzVision.az


Teqlər:  





Xəbər lenti