Fransada insanları girov götürən İŞİD-çi öldürülüb - (Yenilənib)
Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
***
Fransanın cənubunda silahlı şəxsin supermarketdə girov götürdüyü insanlar xilas edilib. Onlardan 12 nəfər yaralı olub. Həmçinin hadisə zamanı 1 nəfər ölüb. Bununla da ölənlərin sayı 2 nəfərə çatıb.
Qeyd olunub ki, insanları girov götürən şəxs özünün İŞİD-ə aid olduğunu bəyan edib. Fransa prokurorluğu faktla bağlı cinayət işi açıb.
***
Fransanın cənubunda silahlı şəxs supermarketdə insanları girov götürüb.
Hadisə nəticəsində bir nəfər ölüb. Əraziyə polis qüvvələri göndərilib və girovların azad olunması üçün əməliyyata başlanılıb.
Silahlı şəxsin terrorçu İŞİD quruplaşmasının üzvü olduğu ehtimal olunur.
AzVision.az