Türkiyə "Patriot" kompleksləri almaq istəyir

Türkiyə "Patriot" kompleksləri almaq istəyir
  24 Mart 2018    Oxunub:1208
Türkiyə “Patriot” zenit-raket komplekslərinin alınması ilə bağlı ABŞ-la danışıqlar aparacaq.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy açıqlama verib.

"Rusiya Türkiyənin hava hücumundan müdafiə sistemlərinin zəruri ehtiyaclarının ödənilməsi üçün çox əlverişli təkliflə çıxış etmişdi. Nəticədə Ankara "S-400" zenit-raket komplekslərini almağa qərar verdi. Ancaq bunlar NATO sisteminə inteqrasiya olunmayacaq. Türkiyə NATO tələblərinə uyğun olan hava müdafiə sistemləri ilə təchiz olunmağa hazırdır”, - deyə Aksoy bildirib.

Aksoy gələn həftə danışıqlarda iştirak etmək üçün ABŞ-a səfər edəcəyini deyib.

AzVision.az


Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti