Putin yanğın yerində: Ölü sayı 67 oldu (VİDEO)

Putin yanğın yerində: Ölü sayı 67 oldu  (VİDEO)
  27 Mart 2018    Oxunub:2415
Rusiyanın Kemerovo şəhərindəki "Zimnaya vişnya" ticarət mərkəzində baş verən dəhşətli yanğında ölənlərin sayı 67-yə çatıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə rəsmi qurumlar faktı təsdiqləyib. Ümumilikdə yanğın nəticəsində 131 nəfər xəsarət alıb. On dörd nəfər hələ də xəstəxanadadır.
Rusiya prezidenti Vladimir Putin Kemerovo şəhərinə gəlib. Putin bu gün səhər saatlarında hadisə yerini ziyarət edib, ticarət mərkəzinin qarşısına gül dəstələri qoyub.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Putin   Yanğın  



Xəbər lenti