Ərdoğan “Skripal işi”ndə Rusiyanı müdafiə etdi

Ərdoğan “Skripal işi”ndə Rusiyanı müdafiə etdi
  28 Mart 2018    Oxunub:1843
“Türkiyənin Xarici İşlər Nazirliyi ölkəmizin mövqeyini həm NATO-ya, həm də Avropa İttifaqına çatdırır. Bizim onlar kimi hərəkət etməyimizdən söhbət gedə bilməz”.

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Skripal işi” ilə bağlı Avropa ölkələri tərəfindən Rusiya diplomatlarının ölkədən çıxarılmasına münasibət bildirərkən deyib.
“Bir iddiaya əsasən, bəzi ölkələr bu addım atdı deyə, biz də eyni addımı atmayacağıq”,- Ərdoğan bildirib.

Qeyd edək ki, NATO üzvü olan 25-dən çox ölkə “Skripal işi” ilə bağlı rusiyalı diplomatları deportasiya edəcək. Eyni zamanda “Skripal işi”nə görə Rusiyanın 7 diplomatı “arzuolunmaz şəxs” elan ediləcək və Rusiyanın NATO-dakı missiyasının tərkibi isə 30 nəfərdən 20 nəfərə endiriləcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ərdoğan   Rusiya  



Xəbər lenti