64 nəfərin öldüyü ticarət mərkəzinin rəhbəri həbs edildi

64 nəfərin öldüyü ticarət mərkəzinin rəhbəri həbs edildi
  28 Mart 2018    Oxunub:3624
Rusiyanın Kemerovo şəhərindəki “Qış albalısı” ticarət mərkəzindəki yanğınla əlaqədar mərkəzin rəhbəri Nadejda Suddenok həbs edilib.

AzVision.az “Ria Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Kemerovo vilayət məhkəməsi qərar çıxarıb.
N.Suddenok məhkəmə zalında həbs edilib. Məhkəmənin qərarına əsasən, o, mayın 25-ə qədər həbsdə olacaq.

Təqsirləndirilən şəxsin vəkili qərardan şikayət etmək niyyətindədir. Vəkil müdafiə etdiyi şəxsin ev dustaqılığına buraxılmasını istəyir. Lakin hakim vəkilin vəsadətini təmin etməyib.

Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki "Qış albalısı" ticarət mərkəzində yanğın baş verib. Yanğın nəticəsində 41-i uşaq olmaqla 64 nəfər həlak olub.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Rusiya   Yanğın  



Xəbər lenti