Türkiyədə kütləvi zəhərlənmə: 150 tələbə xəstəxanalıq oldu

Türkiyədə kütləvi zəhərlənmə: 150 tələbə xəstəxanalıq oldu
  28 Mart 2018    Oxunub:1678
Türkiyənin Bursa şəhərində tələbələr arasında kütləvi zəhərlənmə olub.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Uludağ Universitetində tələbələr arasında axşam yeməyindən sonra qarın ağrısı və qusma müşahidə olunub.

Məlumata görə, kütləvi zəhərlənmə oğlanlar yataqxanasında qeydə alınıb. Yeməkdən sonra 150 tələbə xəstəxanaya yerləşdirilib.

AzVision.az


Teqlər: Türkiyə   Tələbə   Zəhərlənmə  



Xəbər lenti