Rusiyadakı yanğında yaralıların sayı 79-a çatıb

Rusiyadakı yanğında yaralıların sayı 79-a çatıb
  29 Mart 2018    Oxunub:1452
Rusiyanın Kemerova şəhərində “Qış Albalısı” ticarət mərkəzində baş verən yanğın nəticəsində xəsarət alan şəxslərin sayı 79 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bu gün 12 nəfər xəstəxanada müalicə olunur. Daha 67 nəfərə isə ambulator müalicəyə yazılıb”, - deyə məlumatda bildirilib.

Daha əvvəl isə yanğın nəticəsində xəsarət alanların sayının 67 olduğu bildirilirdi.

Xatırladaq ki, martın 25-i Rusiyanın Kemerovo şəhərindəki “Qış Albalısı” ticarət mərkəzində baş verən dəhşətli yanğında 64 nəfər ölüb. Onlardan 41-i uşaqdır.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Kemerova   Yanğın   Xəstəxana  



Xəbər lenti