Rus diplomatları qovan prezident Putinlə görüşəcək

Rus diplomatları qovan prezident Putinlə görüşəcək
  29 Mart 2018    Oxunub:1684
Fransa XİN rəhbəri Jan-İv Le Drian prezident Emmanuel Makronun may ayında Rusiyaya səfər edəcəyini təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Hazırda belə bir səfər gözlənilir”, - deyə Le Drian RTL radiostansiyasında “Skripal işi” üzrə qalmaqaldan sonra Makronun Moskvaya səfəri barədə sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, NATO üzvü olan 25-dən çox ölkə “Skripal işi” ilə bağlı rusiyalı diplomatların deportasiya edilməsinə qərar verib. Eyni zamanda “Skripal işi”nə görə Rusiyanın 7 diplomatı “arzuolunmaz şəxs” elan edilib və Rusiyanın NATO-dakı missiyasının tərkibi 30 nəfərdən 20 nəfərə endiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Makron   Fransa  



Xəbər lenti