Rusiya ABŞ-ın Baş Konsulluğunu bağlayır

Rusiya ABŞ-ın Baş Konsulluğunu bağlayır
  30 Mart 2018    Oxunub:1738
Rusiya ABŞ-ın Sankt-Peterburqdakı Baş Konsulluğunu bağlayır.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
XİN rəhbəri qeyd edib ki, ABŞ-ın Rusiyadakı səfiriXİN-ə çağırılıb, bu barədə ona xəbərdarlıq ediib.

Lavrov konsulluğun bağlanmasının ABŞ-ın rus diplomatlarını öz ərazisindən çıxarmasına cavab olduğunu diqqətə çatdırıb.

Qey edək ki, ABŞ hökuməti "Skripal işi" ilə əlaqədar 60 rusiyalı diplomatın ölkədən çıxarılması, Sietldəki Rusiya baş konsulluğunun bağlanmasına dair qərar qəbul edib.

AzVision.az


Teqlər: ABŞ   Rusiya   Lavrov   Skripal  



Xəbər lenti