Fəzail Ağamalı naziri istefa verməyə çağırdı

Fəzail Ağamalı naziri istefa verməyə çağırdı
  30 Mart 2018    Oxunub:12405
Deputat Fəzail Ağamalı bu gün Milli Məclisdə keçirilən xüsusi iclasda xarici işlər naziri Elmar Məmmədyarovu istefa verməyə çağırıb.

AzVision.az xəbər verir ki, F.Ağamalı Məmmədyarovun öz işinin öhdəsindən gələ bilmədiyini deyib. O, xatırladıb ki, Dağlıq Qarabağ danışıqlarında nəticə əldə edilmir.
Spiker Oqtay Əsədov deputatın çıxışına reaksiya verib: "Ana Vətən Partiyasının sədri niyə xarici işlər nazirindən yapışır? Prezidentliyə namizəd də, siz də xarici işlər nazirinin fəaliyyətini müzakirə edirsiniz”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Fəzail-Ağamlı   XİN   Nazir   Deputat  



Xəbər lenti