Qəzzada qarşıdurma: 7 ölü, 370 yaralı

Qəzzada qarşıdurma: 7 ölü, 370 yaralı
  30 Mart 2018    Oxunub:1121
Qəzza sektorunda İsrail ordusu “Böyük Dönüş Yürüşü” adını alan kütləvi etiraz aksiyasının iştirakçılarına qarşı odlu silahdan istifadə edib.
AzVision.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, nəticədə 7 fələstinli həlak olub, 370 nəfər isə yaralanıb.

İsrail ordusunun məlumatına görə, etiraz aksiyasında 17 min fələstinli iştirak edir. Qeyd olunub ki, Qəzza zolağı boyu sərhəddə fələstinli nümayişçilər təkərləri yandıraraq onu sərhəddəki İsrail hərbçilərinə doğru tullayıblar. İsrail ordusu ərazini “qapalı bölgə” elan edib.

AzVision.az


Teqlər: Qəzza   İsrail  



Xəbər lenti