Ərdoğan Trampla bölgədəki vəziyyəti müzakirə edib

Ərdoğan Trampla bölgədəki vəziyyəti müzakirə edib
  31 Mart 2018    Oxunub:1145
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, prezidentlər telefon danışığı zamanı ikitərəfli əlaqələrə və regional proseslərə dair müzakirələr aparıblar. Suriya və İraqda terrorçuluqla mübarizədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Dövlət başçıları, həmçinin Qəzza bölgəsindəki son hadisələr və yaranmış gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: Ərdoğan   Tramp  



Xəbər lenti