İki boksçumuz Avropa çempionatında medal qazanıb

İki boksçumuz Avropa çempionatında medal qazanıb
  02 Aprel 2018    Oxunub:1264
Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı başa çatıb. Azərbaycan millisi yarışı 1 gümüş və 1 bürünc medalla başa vurub.
Boks Federasiyasından AzVision.az-a verilən məlumata görə, çempionatın sonuncu günündə yığmamızın üzvü Tayfur Əliyev (56 kq) rumıniyalı Robert Eusebi Jitarunu sınağa çəkib. Gərgin keçən final döyüşü rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə Avropa Oyunlarının mükafatçısı yarışı ikinci pillədə bitirib.

Qeyd edək ki, Əliyevdən öncə Məhəmməd Abdullayev (+91 kq) bürünc medalı rəsmiləşdirmişdi.

AzVision.az


Teqlər: Avropa-Çempionatı   Boks  





Xəbər lenti