Rusiya silah almaq üçün Ermənistana faizsiz kredit verir

Rusiya silah almaq üçün Ermənistana faizsiz kredit verir
  03 Aprel 2018    Oxunub:2889
Rəsmi Moskva Ermənistana bu ölkədən silah alması üçün kredit ayırmağa hazırlaşır.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” nəşri məlumat yayıb.
Qəzet iddia edir ki, Rusiyadan kreditlə alınacaq “İsgəndər” kompleksləri Azərbaycanla sərhəd ərazilərdə yerləşdiriləcək.

“Bizim mənbənin sözlərinə görə, bu, bir növ Rusiyanın Moskvadan silah almaqdan imtina edən və son zamanlar Türkiyə, Pakistan, İsrail və Belarusdan silah almağa üstünlük verən Azərbaycana bir cavab olacaq. Digərlərindən fərqli olaraq Rusiyanın ayırdığı kredit faizsiz olacaq. Bu kredit hesabına alınacaq “İsgəndər” taktiki raket kompleksləri Azərbaycanla sərhəd ərazilərdə yerləşdiriləcək”, - deyə nəşr yazır.

Qeyd edək ki, erməni KİV-in tirajladığı məlumatla bağlı hələlik Rusiya rəsmiləri açıqlama verməyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Ermənistan   Silah  



Xəbər lenti