Azərbaycanlılar bu ölkəyə axın edir- Bir ayda 113,4 min nəfər

Azərbaycanlılar bu ölkəyə axın edir-  Bir ayda 113,4 min nəfər
  03 Aprel 2018    Oxunub:6728
Cari ilin mart ayında Gürcüstana 578,5 min turist səfər edib. Keçən ilin müvafiq dövrünə nisbətən turistlərin sayı 67,4 min nəfər artıb.

AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm İdarəsinin rəhbəri Georgi Çoqovadze bildirib.
Onun sözlərinə görə, mart ayında ölkədə 24 saat və daha artıq qalan turistlərin sayı 292 mindən çox olub, bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 72,4 min çox turist deməkdir.

Gürcüstana səfər edənlər arasında azərbaycanlılar sayda çoxluq təşkil edir. Rəsmi məlumata görə, mart ayında 113, 4 min azərbaycanlı Gürcüstana səfər edib. Siyahıda sonrakı yerlərdə Ermənistan (109,3 min), Türkiyə (100,7 min), Rusiya (91,5 min) və İran (58,8 min) tutub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Gürcüstan   Səfər   Turist  



Xəbər lenti