ABŞ Ermənistana 16 milyonluq yardım göndərib

ABŞ Ermənistana 16 milyonluq yardım göndərib
  03 Aprel 2018    Oxunub:1166
2018-ci ilin iki ayı ərzində Ermənistana 372 ton (27 milyon dollar) humanitar yardım göndərilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Statistika Xidməti məlum yayıb. Bildirilib ki, yardımların əksəriyyəti kimyəvi məhsullardır.

Cari ilin yanvar-fevral ayları ərzində ABŞ Ermənistana 16 milyon, Çin 1,7 milyon, Hindistan 1 milyon dollar, Avropa İttifaqı ölkələri isə 784 min avro dəyərində yardım göndərib. MDB-yə üzv dövlətlərdən isə Ermənistana yardım göndərilməyib.

Qeyd edək ki, ötən ilin iki ayı ərzində Ermənistana 5 milyon dollar həcmində humanitar yardım göndərilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   ABŞ   Yardım  



Xəbər lenti