Türkiyə və ABŞ Rusiyanı dəhşətli terrordan xilas edib

Türkiyə və ABŞ Rusiyanı dəhşətli terrordan xilas edib
  04 Aprel 2018    Oxunub:2219
Rusiya xüsusi xidmət orqanları Yeni il bayramı zamanı ABŞ və Türkiyədən alınan məlumatlar əsasında iki terror aktının qarşısını alıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.
“Bildiyiniz kimi, hazırda Rusiya- ABŞ əlaqələri öz tarixində heç də yaxşı dövrlərini yaşamasa da, ötən il ABŞ Yeni il ərəfəsində Santk-Peterburqda hazırlanan terror aktları ilə bağlı vaxtında Rusiyaya xəbərdarlıq etdi. Elə həmin ərəfədə Türkiyədəki tərəfdaşlarımızdan aldığımız informasiya əsasında daha bir terror aktının qarşısını almağı bacardıq”, - deyə Bortnikov qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Türkiyə   Terror  



Xəbər lenti