Sarkisyan söz verib: Cəmi iki il baş nazir işləyəcək

Sarkisyan söz verib: Cəmi iki il baş nazir işləyəcək
  05 Aprel 2018    Oxunub:1537
Ermənistanın hazırki prezidenti Serj Sarkisyan ölkənin yeni baş naziri olacaq. Lakin o, bu vəzifədə cəmi iki il işləyəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti məlumat yayıb.

KİV-in məlumatına görə, hazırki baş nazir Karen Karapetyanın tərəfdarları əmindirlər ki, Sarkisyan baş nazir vəzifəsində 2 il qalacaq. İddia edirlər ki, Sarkisyan postunu Karapetyana təhvil verəcəyinə söz verib. Onun sözünün üstündə duracağı isə şübhə doğurur.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Sarkisyan   Karapetyan   Ermənistan  



Xəbər lenti