Ermənilərin 60.3%-i Sarqsyandan narazıdır - “Gallup International”
Rəyi soruşulanların 27,3 faizi Karapetyanın, 24,8 faizi Serj Sarqsyanın, 8,6 faizi isə Vigen Sarkisyanı adlarını çəkiblər. Müxalifətin namizədlərindən isə Qaqik Tsarukyan (26.5 faiz) və Nikol Paşinyan (15.3 faiz) daha çox səs toplayıblar.
Sorğunun nəticələrini jurnalistlərə “Gallup International” şirkətinin Ermənistan təmsilçiliyinin rəhbəri Aram Navasardyan açıqlayıb.
O, həmçinin bildirib ki, rəyi soruşulanların 60,3%-i hazırkı prezident Sarqsyanın fəaliyyətini təqdir etmir. 64,1% isə hökumətin işindən narazıdır. 69,9% parlamentin işinə mənfi yanaşır.
Bundan başqa, rəyi soruşulanların 70,9%-i hakimiyyətə etibar etmədiklərini bildiriblər.
AzVision.az
Teqlər: Sarqsyan Ermənistan