İsrail-Fələstin qarşıdurması: Ölənlər var (Yenilənib)
***
(20:10)
Qəzza bölgəsində gərginlik getdikcə artır. İsrail əsgərlərinin bu gün Fələstində keçirilən kütləvi aksiyaya müdaxiləsi nəticəsində 3 nəfər həlak olub, 350 nəfəri müxtəlif dərəcəli xəsarət alıb. Yaralılardan 117-si güllə yarası alıb.
Aksiya iştirakçıları İsraildən Qəzza bölgəsinin blokadasına son qoymağı tələb ediblər. Bundan əlavə 22 nəfərin qətlə yetirilməsində günahkar olan şəxslərin cəzalandırılması istənilib.
Xatırladaq ki, martın 30-da keçirilən aksiya zamanı fələstinlilər İsrail əsgərlərinin müdaxiləsinə məruz qalıb, nəticədə 22 nəfər həlak olub.
AzVision.az