Avropanın ən zəngin insanı - Sərvəti 70,7 milyard dollardır (FOTO)

Avropanın ən zəngin insanı -  Sərvəti 70,7 milyard dollardır (FOTO)
  07 Aprel 2018    Oxunub:8095
"Louis Vuitton Moёt Hennessy" şirkətlər qrupunun prezidenti Bernard Arnault Avropanın ən zəngin adamı statusuna sahib olub.

AzVision.az-ın "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, onun sərvəti 70,7 milyard dollardır. Bernard Arnault dünyanın ən varlı insanlarının reytinqində isə dördüncü yeri tutur.


Avropada ən varlı ikinci şəxs "Indıtex" şirkətinin yaradıcısı və sabiq prezidenti ispaniyalı Amansio Ortequdur.

Qeyd edək ki, dünyanın ən varlı şəxslərinin ilk üçlüyündə "Amazon" şirkətinin yaradıcısı Ceff Bezos, "Microsoft"un yaradıcısı Bill Geyts və amerikalı sahibkar Uorren Baffett daxildirlər.







Kənan Məmmədov
AzVision.az


Teqlər: Avropa   Zəngin  



Xəbər lenti