Rusiyalı politoloqdan Türkiyəyə terror xəbərdarlığı

Rusiyalı politoloqdan Türkiyəyə terror xəbərdarlığı
  09 Aprel 2018    Oxunub:1591
Rusiyalı siyasi analitik və yazar Nikolay Starikov Türkiyəyə terror xəbərdarlığı ünvanlayıb.
AzVision.az-ın "Sputnik"ə istinadən verdiyi xəbərə görə, Rusiyanın NTV kanalının "Mesto Vstreçi" (Görüş Yeri) adlı canlı proqramda danışan rus politoloq bildirib ki, Vladimir Putinin prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi Qərbin xoşuna gəlməyə bilər. Buna görə də yaxın zamanlarda Türkiyədə terror hadisələrinin olacağı istisna edilmir.

"Qərb bizimlə danışmaq istəmir. Qapılarını bağlayıb. Fəqət Türkiyə qapılarını açıb və biz də ora gedirik. Ancaq demək lazımdır ki, Qərb bundan sonra Türkiyə üzərində təzyiqlərini artıracaq. Bu səbəbdən də yaxın zamanlarda mən Türkiyədə terror hadisələrinin olacağını düşünürəm", – deyə politoloq bildirib.

AzVision.az


Teqlər: Türkiyə   Politoloq   Terror   Rusiya  



Xəbər lenti