Serjik artıq Ermənistan prezidenti deyil - (Yenilənib)

Serjik artıq Ermənistan prezidenti deyil - (Yenilənib)
  09 Aprel 2018    Oxunub:17877
Ermənistanda yeni prezident seçilmiş Armen Sarkisyanın inauqurasiya mərasimi keçirilir.
AzVision.az xəbər verir ki, Armen Sarkisyan əlini "İncil" kitabına basaraq and içib. Bununla da o, Serj Sarkisyandan prezident postunu təhvil alıb.

***
(09: 50)

Bu gün Ermənistanda yeni prezident seçilmiş Armen Sarkisyanın inauqurasiya mərasimi keçiriləcək.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, 2008-ci ildən hakimiyyətdə olan Serj Sarkisyanın prezident kimi səlahiyyətləri bu gün başa çatacaq və o, postunu A.Sarkisyana verəcək.

İnauqurasiya mərasimi Bakı vaxtı ilə saat 12:00-da "Demirçyan" adına idman konsert kompleksində keçiriləcək. Mərasimə xüsusi olaraq xaricdən heç bir nümayəndə heyəti dəvət olunmayıb. Bununla da Ermənistanın parlament ölkəsinə çevrilməsi prosesi başa çatacaq.

Qeyd edək ki, aprelin 17-də ölkə parlamentində yeni baş nazir seçiləcək. Ekspertlərin fikrincə, bu postu Serj Sarkisyan tutacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan  



Xəbər lenti