Ermənistanda siyasi fəallar təhdid edilir

Ermənistanda siyasi fəallar təhdid edilir
  09 Aprel 2018    Oxunub:1729
Aprelin 7-də səhər saatlarında Ermənistan polisinin 5 əməkdaşı “Serji qəbul etmə” və “Mənim addımım” hərəkatının fəalı Anuş Lalayanın evinə gəlib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, həmin vaxt ictimai fəal evdə olmayıb. Lakin polislər heç bir izahat göstərmədən A.Lalayanın anasına təzyiq edərək qızının harada olduğunu soruşublar.

“Polislər mənə zəng edəndə işdə idim. Ketron rayonunun polis numayəndəsi kifayət qədər kobud və aqressiv tonda harada olduğumu soruşdu. Təbii ki, mən yerimi deməkdən imtina etdim. Çünki, onlar hansı əsasla mənim evimə gəldiklərini və nə səbəblə məni axtardıqlarını demədilər”.

Fəal bildirib ki, polislər onun anasından şəklini göstərməsini istəyiblər: “Onlar, yəqin ki, məni şəxsən görməyiblər. Sadəcə, dedilər ki, yol polisi tərəfindən qanun pozuntusu qeydə alınıb, guya bu səbəbdən axtarırlar. Axı məndə maşın yoxdu. Necə ola bilər ki qanunu pozum?”.

Lalayan bu səfəri təsadüfi saymır və onun fikrincə, bu, sırf siyasi məqsəd daşıyır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Sarkisyan   Fəal   Həbs  



Xəbər lenti