Ermənistan hökuməti istefaya göndərildi

Ermənistan hökuməti istefaya göndərildi
  09 Aprel 2018    Oxunub:2580
Ermənistan prezidenti Armen Sarkisyan aprelin 9-də baş nazir Karen Karapetyanla görüşüb və və Nazirlər Kabinetinin istefasını qəbul edib.

AzVision.az xəbər verir ki, bu barədə “News.am” saytına açıqlamasında prezidentin köməkçisi Asmik Petrosyan bildirib.
Qeyd edək ki, Ermənistan Konstitusiyasının 212-ci maddəsinə görə, hökumət respublikanın yeni seçilmiş prezidenti andiçdiyi gün istefa verir. Nazirlər kabinetinin istefası qəbul olunduqdan sonra parlament yeddi gün ərzində baş naziri səsvermə ilə təyin edir.

Konstitusiyaya əsasən, baş nazirin seçilməsi ilə bağlı parlamentin xüsusi iclası aprelin 17-də baş tutacaq. Nazirlər kabinetinin yeni tərkibi isə baş nazirin təyinatından 15 gün ərzində müəyyən ediləcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ermənistan   Baş-nazir   İstefa  



Xəbər lenti