Məktəbli avtobusu aşıb: 26 uşaq ölüb

Məktəbli avtobusu aşıb: 26 uşaq ölüb
  09 Aprel 2018    Oxunub:2260
Hindistanın Ximaçal-Pradeş əyalətində ağır yol qəzası baş verib.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, içərisində şagirdlərin olduğu məktəb avtobusu yoldan çıxaraq 30 metr hündürlükdən dərəyə yuvarlanıb. Avtobusda 40 nəfər 5-ci və aşağı sinif şagirdləri olub.

Qəza nəticəsində 26 uşaq ölüb. Qəzanın səbəbi araşdırılır. Xilasetmə xidməti hadisə yerinə yollanıb, əməliyyat davam edir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Hindistan   Qəza  



Xəbər lenti