Skripalın qızı xəstəxanadan evə buraxılıb

Skripalın qızı xəstəxanadan evə buraxılıb
  10 Aprel 2018    Oxunub:1252
Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın qızı Yuliya Skripal müalicə aldığı xəstəxanadan evə buraxılıb.
AzVision.az BBC-ə istinadən xəbər verir ki, 33 yaşlı Yuliya təhlüksiz yerə aparılıb. Hazırda onun harada olduğu açıqlanmayıb. Sergey Skripal isə hələ də xəsatəxanadadır. Onun vəziyyətinin nisbətən yaxşı olduğu deyilir.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal və qızı Solsberi şəhərindəki ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Diplomatik qalmaqala səbəb olan hadisəyə görə Rusiya ittiham edilib. İddia edilib ki, Skripalın zəhərlənməsində Rusiyanın əli var. Məlum hadisədən sonra Böyük Britaniya və Rusiya arasında diplomatik qalmaqal başlayıb.

AzVision.az


Teqlər: Skripal  



Xəbər lenti