Rusiyada “Telegram” qadağan olundu

Rusiyada “Telegram” qadağan olundu
  13 Aprel 2018    Oxunub:3121
Moskvanın Taqansk rayon məhkəməsi Rusiya rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarət üzrə Federal Xidmətin (Roskomnadzor) “Telegram” messencerinin bloklanması üzrə iddiasını təmin edib.

AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Roskomnodzor və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələri bəyan ediblər ki, “Telegram”-ın mesajları şifrələmək üçün istifadə etdiyi kiptoqrafik açarları xüsusi xidmət orqanlarına verməməsi ölkənin milli maraqlarına təhdiddir və terrorçular bundan istifadə edə bilərlər.

Kiptoqrafik açarlar – Messencerin alqoritimlərində məlumatların oxunması və məlumatların şifrələnməsi üçün istifadə olunan gizli kodlardır. “Telegram” nümayəndələrinin sözlərinə görə, kodları təqdim etmək mümkün deyil, çünki onlar daima dəyişir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Telegram  



Xəbər lenti