Əsədin hücumdan sonra ilk görüntüləri yayıldı - VİDEO

Əsədin hücumdan sonra ilk görüntüləri yayıldı - VİDEO
  14 Aprel 2018    Oxunub:4220
Suriya Prezident Administrasiyası ABŞ, Böyük Britaniya və Fransanın bu ölkəyə zərbələr endirməsindən sonra prezident Bəşər Əsədin Dəməşqdə iqamətgahında olduğunu əks etdirən görüntülər yayıb.

AzVision.az “Sky News Arabia”-ya istinadən xəbər verir ki, 17 saniyəlik videoda Əsədin binaya daxil olması və dəhlizlərdə gəzdiyi görünür.


Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı hərbi əməliyyatların başlaması haqda qərar verib.Trampın qərarına Fransa və Böyük Britaniya qoşulub. Gecə saatlarından başlayaraq Suriyanın paytaxtına raket zərbələri endirilib.

ABŞ prezidenti çıxışında hava zərbələrinin Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə vurulduğunu bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Suriya   ABŞ   Əsəd  





Xəbər lenti