“Tramp, Makron və Mey cinayətkardır” – Xameniyidən Suriya açıqlaması

“Tramp, Makron və Mey cinayətkardır” – Xameniyidən Suriya açıqlaması
  14 Aprel 2018    Oxunub:1874
İran İslam Respublikasının rəhbəri və dini lideri Əli Xameneyi Suriyaya endirilən zərbələrdən sonra ABŞ, Fransa və Böyük Britaniya rəhbərlərini cinayətkar adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“Suriyaya hücum cinayətdir, ABŞ, Fransa prezidentləri, Böyük Britaniya baş naziri isə cinayətkardır”, - deyə Xameneyi vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı hərbi əməliyyatların başlaması haqda qərar verib. Trampın qərarına Fransa və Böyük Britaniya qoşulub. Gecə saatlarından başlayaraq Suriyanın paytaxtına raket zərbələri endirilib. ABŞ prezidenti çıxışında hava zərbələrinin Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə vurulduğunu bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:



Xəbər lenti