***
Ermənistanın paytaxtı İrəvanda Serj Sarkisyana qarşı keçirilən etiraz aksiyalarında çoxlu sayda nümayişçi yaralanıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiyanı dağıtmaq istəyən polislə etirazçılar arasında qarşıdurma baş verib. Polis gözyaşardıcı qazdan istifadə edib.
Erməni KİV-ləri yaralanan gənclərdən birinin görüntülərini yayıb. Jurnalistlərin bildirdiyinə görə, həmin şəxs eşitmə qabiliyyətini və huşunu itirib. Bundan əlavə gözyaşardıcı qaz bir çox sakinin səhhətinin pisləşməsinə səbəb olub.

-1523882503.jpg)
Alpər Mövludoğlu
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


