İrəvanda etirazlar pik həddədir - Küçələrdə barikadalar quruldu (VİDEO)
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, polis barikadalar quraraq küçələrə girişi bağlayıb. Nümayişçilər barikadalara doğru irəliləyib.
Məlumata görə, aksiyaların təşkilatçısı Nikol Paşinyan və İrəvanın polis rəisinin müavini Valeri Osipyan tikanlı tellərin irəli çəkilməyəcəyi barədə razılaşıb. Bundan əlavə əraziyə su maşınları, xeyli sayda canlı qüvvələr cəlb olunub.
Paşnyan isə parlamentin binasına doğru yolları bağlamaq istəyir. O, Fransa meydanında toplaşan tərəfdarları qarşısında bildirib: "Biz sabah "küçəni bağlayın" aksiyasını daha geniş miqyasda həyata keçirməli və parlamentə daxil olan bütün girişləri məhdudlaşdırmalıyıq. Bu gün uğurlu bir gün idi, çünki biz daxili siyasi vəziyyətdə sıçrayış etdik və erməni xalqının evdə oturduğunu və hər şeyə qarşı çıxdığını söyləyən ağızları bağladıq".
Bəhlul Rzayev
AzVision.az
Teqlər: Ermənistan İrəvan