Ermənistanda 68 etirazçı saxlanılıb

Ermənistanda 68 etirazçı saxlanılıb
  18 Aprel 2018    Oxunub:933
Ermənistan polisi İrəvanın mərkəzində Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirən mitinqçiləri həbs etməyə başlayıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu gün artıq 68 etirazçı saxlanılıb. Eyni zamanda polis etirazçıların Fransa meydanı yaxınlığında bağladığı küçələri açmağa çalışır.

Hazırda İrəvan xəstəxanalarında polislə etirazçılar arasında baş verən toqquşmalar zamanı xəsarət alan beş nəfər müalicə alır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Etiraz  



Xəbər lenti