Ermənistanda 17 etirazçı saxlanıldı

Ermənistanda 17 etirazçı saxlanıldı
  19 Aprel 2018    Oxunub:960
Bu gün Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz edən 17 iştirakçı saxlanılaraq polis bölməsinə aparılıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin rəisi Aşot Aqaryan bildirib.
Məlumatda qeyd olunub ki, etirazçılar hökumət binasını mühasirəyə alaraq işçilərin bura daxil olmasına çalışıblar.

Qeyd edək ki, aprelin 13-dən etibarən Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:



Xəbər lenti