İrəvanda etirazçılar ABŞ səfirliyinə doğru hərəkət edir - CANLI YAYIM
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar hazırda İsakov prospektindədirlər.
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarını İrəvanda kütləvi etiraz aksiyalarının keçirildiyi yerlərə getməkdən çəkinməyə çağırıb.
“ABŞ səfirliyi Respublikada davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri ilə bağlı zorakılıq ocaqları yarana bilər. Sizin təhlükəsizliyiniz üçün etiraz aksiyaları keçirilən yerlərdən kənar olmağı və hadisələrlə bağlı məlumatı KİV-dən izləməyi məsləhət görürük”, - deyə səfirliyin məlumatında bildirilib.
Xatırladaq ki, Ermənistanda artıq bir neçə gündür Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilir.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Ermənistan İrəvan Etiraz







Vaxtında, Aydın, Lazımlı!


