İrəvanda tutulan etirazçıların sayı 217-yə çatdı - Yenilənib
**
Son 13 saat ərzində Ermənistanın paytaxtı İrəvanada keçirilən nümayişlərdə həbs olunan aksiya iştirakçılarının sayı 166-ya çatıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.
Bundan öncə isə 107 nəfərin tutulduğu bildirilmişdi. Saxlanılanlar arasında Ermənistan parlamentinin üzvü, “Çıxış” müxalifət blokunun sədri Nikol Paşinyanın oğlu Aşot Paşinyan da olub. Lakin o, sonradan azad edilib.
Qeyd edək ki, aprelin 13-dən başlayaraq İrəvanada Serj Sarkisyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Ermənistan İrəvan Etiraz