ABŞ Konqresində Azərbaycanın siyasəti təqdir olunub
Bəyanatda Azərbaycanda fəal yəhudi icmasının yaşadığı və əhalisinin çoxunun müsəlmanlardan ibarət olmasına baxmayaraq, İsraillə dost münasibətləri ilə seçilən ölkə olduğu bildirilib. Azərbaycanın İsraillə öz tərəfdaşlığını saxladığı və gücləndirdiyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanın müstəqilliyini elan edəndən dərhal sonra, 1992-ci ildən etibarən ABŞ-la güclü diplomatik münasibətlərə malik olduğu diqqətə çatdırılıb.
Bəyanatda, həmçinin bu il Azərbaycanın müsəlman dünyasında ilk demokratik respublika qurmasının yüzilliyinin qeyd olunduğu vurğulanıb.
AzVision.az