Kim əlavə edib ki, belə görüşlər tez-tez baş tutmalıdır: “Birlikdə daha yaxşı dünya inşa edə bilərik. Paytaxt Seula səfər edəcəyimə söz verirəm”.
Kim “Sülh evi”ndəki xatirə dəftərinə bu sözləri yazıb: “Bu andan etibarən yeni tarix başlayır, bir sülh çağının tarixi başlanğıc nöqtəsində...”.

Görüşün mətbuata açıq hissəsində Kim Cənubi Koreya Respublikasının prezidenti Mun Ce-inə bildirib ki, onunla açıq, səmimi, dürüst danışıqlar aparacaq: “Burada olmaqdan çox sevincliyəm. Bu zirvə toplantısından yaxşı nəticə əldə etməyi düşünürəm. Zirvədəki razılaşmaların keçmişdə olduğu kimi yerinə yetirilməyən nəticələrə səbəb olmasındansa, birlikdə əl-ələ hərəkət edə biləcəyimiz bir şans olmasını arzulayıram".

Mun isə görüşə gəldiyi üçün Kimə təşəkkür edib: “Kim hərbi səddi keçib. Beləliklə, Panmuncom ayrılığın yox, sülhün simvolu oldu. Zirvədə razılığa gələcəyimizə ümid edirəm. Dünyada sülh istəyən hər kəsə, həmçinin öz xalqıma mükəmməl hədiyyə verə biləcəyimi düşünürəm”.
Qeyd edək ki, yerli saatla 12:00-da bitən ilk turun ardından tərəflər ayrı-ayrılıqda nahar edəcəklər. Sonra yenidən görəşərək, birlikdə ağac əkəcəklər. İki ölkədən gətirilən torpaqlarla əkiləcək ağacın yanına “bura sülh və rifah əkirik” sözləri yazılmış xatirə daşı qoyulacaq.
Kənan Məmmədov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


