Buşa ayaqqabı atan jurnalist deputat olmaq istəyir

Buşa ayaqqabı atan jurnalist deputat olmaq istəyir
  02 May 2018    Oxunub:1734
2008-ci ildə ABŞ prezidenti Corc Buşa ayaqqabı ataraq məşhurlaşan iraqlı jurnalist Muntazar əl-Zeydi deputatlığa namizəd olub.
AzVision.az xəbər verir ki, bu barədə o, “twitter” hesabında məlumat yayıb.

Uzun müddət ölkə xaricində yaşayan jurnalist zalımlara qarşı mübarizədə məzlumların köməkçisi olacağını deyib. Muntazar əl-Zeydi bu məqsədlə mayın 12-də İraqda keçiriləcək seçkilərdə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, Muntazar əl-Zeydi 2008-ci ildə İraqa səfər edən ABŞ-ın sabiq prezidenti Corc Buşa ayaqqabı atıb. O, bu hərəkətinə görə 9 ay həbsdə qalıb. 2011-ci ilə qədər isə ölkə xaricində yaşayıb.



Kənan Məmmədov
AzVision.az



Teqlər: İraq   Buş   Jurnalist  





Xəbər lenti