Hafiz Hacıyev Binəqədidə səs verdi

Hafiz Hacıyev Binəqədidə səs verdi
  09 Oktyabr 2013    Oxunub:905
Müasir Müsavat partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev 8 saylı Binəqədi I Seçki dairəsi 31 saylı seçki məntəqəsində səs verib.

AzVision.az Apa tv-nin canlı yayımına istinadən xəbər verir ki, H.Hacıyev Azərbaycanın gələcəyinə səs verdiyini deyib:

"Azərbaycandakı sabitliyi, iqtisadi inkişafı istəməyən bəzi qüvvələr var ki, onlara qarşı hər zaman mübarizə aparılıb və aparılacaq".


Teqlər:  





Xəbər lenti