Paşinyan baş nazir seçiləcəyinə inanır

Paşinyan baş nazir seçiləcəyinə inanır
  08 May 2018    Oxunub:2520
Sabah Ermənistan parlamentində baş nazir seçkilərinin ikinci turu keçiriləcək. Müxalifət lideri Nikol Paşinyan hökumət rəhbəri postuna yeganə namizəddir.

AzVision.az-ın məlumatına görə, Paşinyan bu gün keçirdiyi mitinqdə 95 faiz baş nazir olacağına inandığını deyib.
Paşinyanın sözlərinə görə, “Daşnaksyutun”, “Yelk”, “Tsarukyan bloku” fraksiyaları və hakim Respublika partiyasını təmsil edən bəzi deputatlar ona səs verəcəklər.

Qeyd edək ki, Ermənistan parlamenti sabah ölkənin yeni baş nazirini müəyyən edə bilməsə buraxılacaq və növbədənkənar seçki təyin ediləcək.

AzVision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti