Daha bir ölkə Trampı dəstəklədi

Daha bir ölkə Trampı dəstəklədi
  09 May 2018    Oxunub:1775
Birləşmiş Ərəb Əmirlikləri ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişindən çıxmaq barədə qərarını dəstəkləyib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirliyinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir. Qeyd olunub ki, rəsmi Əbu-Dabi digər ölkələri də Trampın qlobal təhlükəsizlik və sabitliyin dəstəklənməsi məqsədilə Yaxın Şərqdə nüvə və digər kütləvi qırğın silahlarından azad zonanın yaradılmasına yönələn bu qərarını dəstəkləməyə çağırır.

“Çünki Müştərək Hərtərəfli Fəaliyyət Planı İranın gələcəkdə nüvə silahından istifadə etməkdən vaz keçəcəyinə zəmanət vermir” – deyə bəyanatda qeyd olunur.

Bununla da, İsrail və Səudiyyə Ərəbistanından sonra Trampın İranla nüvə sazişindən çıxmaq qərarını dəstəkləyən dövlətlərin sayı 3-ə çatıb.

AzVision.az


Teqlər: İran   ABŞ   BƏƏ  



Xəbər lenti