Paşinyan Nalbandyanın yerinə kadr tapdı

Paşinyan Nalbandyanın yerinə kadr tapdı
  11 May 2018    Oxunub:2063
Paşinyan höküməti xarici işlər naziri Edvard Nalbandyanın yerinə “Sivilitas” fondunun təsisçi direktoru Səlbi Ğazaryanı gətirmək istəyir.

AzVision.az xəbər verir ki, bu barədə "Çorrord İşxanutyun" qəzeti məlumat yayıb. Bildirilib ki, Nalbandyanın Paşinyanla işləməsi real görünmür.
Bu səbəbdən onun postuna yeni namizədlər axtarılır, çox güman ki, ölkənin yeni XİN rəhbəri Ğazaryan olacaq.

Xatırladaq ki, Səlbi Ğazaryanın tərəfdaşı, keçmiş XİN rəhbəri Vardan Oskanyan Nikol Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik edərək, öz bilik və bacarığı, mövcud əlaqələri ilə yeni hökümətə dəstək verəcəyini bildirib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Paşinyan   Nalbandyan   XİN  



Xəbər lenti