Tehran İsrailin Suriyaya hücumunu pislədi

Tehran İsrailin Suriyaya hücumunu pislədi
  11 May 2018    Oxunub:1080
İranın Xarici İşlər Nazirliyinin rəsmisi Bəhram Qasımi İsrailin Suriyaya endirdiyi hava zərbələrini kəskin qınayıb.
AzVision.az-ın məlumatına görə, İran rəsmisi bildirib ki, İsrail əsassız bəhanələrlə başqa dövlətə hücum edir, amma dünyanın digər ölkələri buna reaksiya vermir.

“Sionist rejimin Suriya ərazisinə mütəmadi zərbələri və xüsusən də, son günlər bu ölkənin suverenliyini kobudcasına pozması təcavüz aktıdır” – deyə Qasımi vurğulayıb.

Qeyd edək ki, Suriya ordusunun baş komandanlığı ötən gün ölkə ərazisinə atılan İsrail raketlərinin əksəriyyətinin Suriyanın hava hücumundan müdafiə sistemləri vasitəsilə tutulduğunu açıqlayıb. Rusiya Müdafiə Nazirliyindən isə endirilən raket sayının 60 olduğu bildirilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   İsrail   XİN   Suriya  



Xəbər lenti