İranlı nazir: "Tramp neftin qiyməti ilə oynayır"

İranlı nazir: "Tramp neftin qiyməti ilə oynayır"
  11 May 2018    Oxunub:1801
ABŞ prezidenti Donald Tramp öz davranışları və qərarları ilə dünya neft bazarında ikili oyun aparır.
AzVision.az xəbər verir ki, bunu İranın neft naziri Bijan Zanqane deyib. O, qeyd edib ki, bunda əsl məqsəd Amerikanın şist neft istehsalının həcmini artırmaqdır.

Zanqane bu işdə bəzi OPEK ölkələrinin də Trampa kömək etdiyini vurğulayıb: “Tramp bir tərəfdən neftin qiymətinin yüksəlməsini dəstəkləyir və bu barədə OPEK-dəki müttəfiqlərilə razılığa gəlir, digər tərəfdən isə dövlət səviyyəsində OPEK-i neft qiymətlərinin qalxmasında suçlayır. OPEK qərarlarını müstəqil şəkildə verməlidir. Təşkilatın əksər ölkələri gələcəkdə neftin 1 barrelinin 60-65 dollar civarında qalmasına razıdır. Amma OPEK-in bəzi üzvləri ABŞ-a oynayır” – deyə İranın neft naziri bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   ABŞ   Neft  



Xəbər lenti