ABŞ Şimali Koreyaya güzəştlərini açıqladı

ABŞ Şimali Koreyaya güzəştlərini açıqladı
  12 May 2018    Oxunub:1127
“Əgər Şimali Koreya nüvəsizləşməni həyata keçirsə, onda beynəlxalq ticarət, investisiyalar və dünyanın hər yerindən gələcək qonaqlardan ibarət daha işıqlı gələcək əldə edərlər”
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Hizer Noert öz "Tvitter" hesabında yazıb.

O, həmçinin, Fox News telekanalının “Şimali Koreya nüvə silahından imtina etsə, ABŞ-dan iqtisadi yardım alacaq” başlıqlı xəbərini yanlış məlumat adlandırıb.

Qeyd edək ki, daha öncə ABŞ dövlət katibi Mayk Pompeonun Şimali Koreya lideri Kim Çen Inla görüşündə ölkənin təhlükəsizliyinə zəmanət veriləcəyi təqdirdə Pxenyanın tam nüvəsizləşməsinə dair razılığa gəlinib.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Şimali-Koreya  



Xəbər lenti